Putin Dağlıq Qarabağdan danışdı
10.11.2020
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin dövlət başçıları şurasının iclasındakı çıxışında hazırda Dağlıq Qarabağda baş verən hadisələri böyük faciə adlandırıb.
O, münaqişənin nizamlanması üçün atılan addımların sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.
Rusiya lideri deyib: "Qarabağda baş verənlər, həqiqətən, böyük faciədir. Qırğının dayandırılması barədə əldə olunan razılaşmanı və nəzərdə tutulan kompromisi böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Ümidvaram ki, bizim son vaxtlar atdığımız bütün addımlar Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq”.