"Müzakirələr və siyasi həll yolu uzun zamandır davam edən Qarabağ böhranına son qoya bilər”.
Bu barədə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.
Müharibənin sona çatmasına görə sevindiyini bildirən M. Vaezi, əldə olunmuş atəşkəsin icra olunacağına ümi edir: "İran Rusiyanın vasitəçiliyi ilə Azərabycan və Ermənistan arasında əldə olunan atəşkəs əldə olunmasını alqışlayır”.
M.Vaezi hesab edir ki, münaqişə tərəfləri beynəlxalq qayadalar, ölkələrin ərazi bütövlüyü və vətəndaşların hüquqlarına sadiq qalacağı təqdirdə, müzakirə və siyasi həll yolu bu böhrana son qoya bilər.