21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Perenciyevdən ŞOK

10.11.2020

Niyə saziş gecə ilə imzalandı? – Perenciyevdən şok

Tanınmış rusiyalı ekspert Aleksandr Perenciyevin müsahibəsi:

- Ötən gecə tarixi hadisə baş verib. Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən faktiki olaraq İrəvanın hərbi kapitulyasiyası anlamına gələn bəyanat imzalanıb. Sizcə, sənədin səhəri gözləmədən gecə saatlarında imzalanması nə ilə bağlıdır?

- Üçtərəfli sazişin təcili imzalanması bir çox amilə əsaslanır. O da əsasən Ermənistan tərəfinin vəziyyətinin pisləşməsi ilə əlaqədardır. Amma səbəblər bununla bitmir.

Birincisi, döyüşlər artıq daha sıx məskunlaşan ərazilərdə getməyə başlamışdı. Bu da mülki şəxslərin ölümündə artımın yaranmasına gətirib çıxara bilərdi. Burada rəsmi İrəvan üçün çox böyük sosial problemlər və risklər doğuran Qarabağdan Ermənistana qaçqın axınının artımını da qeyd etmək lazımdır.

İkincisi, Ermənistanın ali rəhbərliyi işğal altındakı ərazilərin geri alındığının və məğlubiyyətin labüdlüyünü dərk etdi.

Üçüncüsü, rəsmi Bakı Rusiyanın və bəlkə də Türkiyənin vasitəçiliyi ilə İrəvanın öz qoşunlarını Azərbaycan ərazisindən mərhələli şəkildə çıxarmağa və qalan ərazilərin tədricən Azərbaycan Respublikası vətəndaş administrasiyasının nəzarət altına keçirməsinə dair qərar qəbul edəcəyi təqdirdə kompromislərə və sülh danışıqlarına hazır olduğunu göstərdi. Şübhəsiz ki, rəsmi Bakı əsgərlərini qorumaq, qan tökülməsinin qarşısını almaq istəyir.

Dördüncüsü, Rusiya Dağlıq Qarabağ erməni əhalinin maraqları nəzərə alınmaqla bu münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə aradan qaldırmaq arzusundadır.

- Proseslər bundan sonra necə inkişaf edəcək?

- Güman edirəm ki, danışıqlar prosesinə yenidən başlanılacaq. Amma hazırda "bazarlıq” yersiz olacaq. Azərbaycan apardığı hərbi əməliyyatları ilə öz ərazi probleminin həlli üçün şərait yaradıb.

- Paşinyanı və Ermənistanı yaxın gələcəkdə nə gözləyir?

- Ola bilsin ki, Nikol Paşinyan istefa etməli olacaq. İstənilən halda, Qarabağdakı vəziyyət Ermənistanda daxili siyasi böhran yaradıb. Rusiyalı və azərbaycanlı mütəxəssislər daha əvvəl bu barədə dəfələrlə xəbərdarlıq ediblər. Hər halda, Paşinyanın hakimiyyəti dövründə kəskinləşən sosial-siyasi və sosial-iqtisadi ziddiyyətlərin Ermənistan daxilində silahlı zorakılığa yol açacağından ehtiyat edirəm.

Çox güman ki, Paşinyanın taleyi Gürcüstanın eks-prezidenti Saakaşvilini yada salacaq. Gələcək müsahibəmizdə bu məsələyə bir daha qayıdarıq.

- 30 il bu günü gözləyən Azərbaycan ictimaiyyətinə nə demək istəyərdiniz?

- Azərbaycan cəmiyyəti bu illərin ağır sınaqlarından şərəflə keçdi. Mənəvi gücünü, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, bütün çətinliklərə və əzab-əziyyətlərə dözmək bacarığını göstərdi. Azərbaycanlılar qələbəni gözləyərək öz iradələrini nümayiş etdirdi. Bütün bunlar əbəs yerə deyildi. Azərbaycan bütün dünyaya sübut etdi ki, onun xalqı qəhrəman xalqdır. Azərbaycan Respublikasının bütövlüyünün bərpa olunması münasibətilə bütün azərbaycanlıları təbrik edirəm!