21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvanda polis hökumət evini əhatəyə aldı

10.11.2020

Ermənistanın paytaxtı İrəvanda polis hökumət evini əhatəyə alıb.

SputnikArmenia-ya istinadən xəbər verilir ki, buna səbəb ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiyaçıların növbəti dəfə hökumət binasına daxil olmalarının qarşısını almaqdır.

Qeyd edək ki, dünən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə müharibənin dayandırılması ilə bağlı tarixi sənəd imzalanıb. Paşinyan facebook səhifəsində Ermənistan üçün ağır şərtləri olan müqaviləyə qol çəkmək məcburiyyətində qaldığını açıqlayıb. Hazırda İrəvanda mövcud rejimə qarşı etiraz aksiyaları davam etdirilir.