Səfir Trampa görə İSTEFA VERDİ
30.06.2018
ABŞ-ın Estoniyadakı səfiri Ceyms Melvil (kiçik) prezident Donald Trampın sözlərinə görə istefa verib.
"Dövran Media" xəbər verir ki, o, bunu ABŞ prezidentinin Avropadakı müttəfiqlər haqda etiraz olaraq edib.
"Xarici siyasət xidmətinin əməkdaşının geni siyasəti dəstəkləməyə proqramlaşdırılıb. Biz ən başdan bunu edə bilmədiyimi gördükdə istefaya getməyi öyrənirik. Mən altı prezident və 11 dövlət katibinə xidmət etmişəm və bunun mənim başıma gələ biləcəyini heç vaxt düşünməmişdim” – Melvil bildirib.
O, Trampın Avropa Birliyinin ABŞ-ı istifadə üçün yaradılması və ABŞ xəzinəsinə göz dikməsi barədə fikirlərinə etiraz edib. Həmçinin Molvil ABŞ prezidentinin NATO-nu Şimali Amerika Azad Ticarət Sazişi kimi yararsız adlandırmağı onu, bu addımı atmağa sövq etdiyini bildirib.
"Və bütün bunlar sübut edir ki, mənim getmək vaxtım çatıb” – səfir bəyan edib.
Dövlət departamenti rəsmi olaraq məsələyə münasibət bilrdiməyib.
Lakin Departamentdən yüksək vəzifəli bir şəxs bütün bunların çox ciddi olduğunu və bundan sonra daha kimin bu addımı atacağının vacib olduğunu bildirib.
Qeyd edək ki, Ceyms Molvil diplomat kimi artıq 33 ildir ki xidmət edir. O, hələ Barak Obamanın vaxtında 2015-ci ildə Estoniyaya səfir təyinatı alıb. Bundan əvvəl isə Molvil Berlin, Rusiya, NATO və Seyşel adalarında diplomat kimi xidmətlər aparıb.