21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əgər Ermənistan bəyanata sadiq qalmasa...

10.11.2020

 "Torpaqlarımızın Ermənistan tərəfindən işğalından ötən dövr ərzində Azərbaycan gözləmə mövqeyində olmadı. Münaqişənin həllində sülhə üstünlük verdi. Lakin Ermənistanın ardıcıl təxribatları torpaqlarımızın sülh yolu ilə azad olunmasında düşmənin maraqlı olmadığını göstərdi. Ermənilərin sentyabrın 27-də başlayan təxribatı ilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə daxil oldu".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova deyib.

O bildirib ki, sentyabrın 27-dən ötən 44 gün ərzində torpaqlarımız, strateji məntəqələrimiz düşmən işğalından azad edildi: "Düşmən diz çökdürüldü. Noyabrın 10-u xalqımızın uzun illərdən bəri gözlədiyi möhtəşəm bir gün oldu. Bu tarixi qələbə ilə Naxçıvanla quru sərhədimiz də bərpa edildi”.

Firdovsiyyə Əhmədova qeyd edib ki, Azərbaycanın bu qələbəsi Cənubi Qafqazda sülhün bərqərar olması deməkdir.

"Əgər Ermənistan bəyanata sadiq qalmasa, Azərbaycan iqtisadi və siyasi üstünlüyü ilə öz maraqlarını təmin etmək iqtidarındadır. Bu gün böyük gündür, 10 noyabr Qələbə Günü Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı”, - deyə Firdovsiyyə Əhmədova vurğulayıb.