21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyənin Azərbaycanda olması faktını gözardı etmək olmaz

10.11.2020

 "Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasındakı missiyası yalnız o zaman təsirli olacaq ki, Ermənistan da Azərbaycan kimi, öhdəliklərinin bir hissəsini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirsin."

Bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.

"Rus sülhməramlılarının yaxşı xidmətlərindən istifadə etmək üçün Azərbaycanın razılığı var, Ermənistanın, hər halda, bu ölkənin yüksək vəzifəli şəxslərinin də razılığı var. Bu gündən etibarən bu razılığın ən azı nisbi ictimai razılıq, ictimai razılaşma ilə müşayiət olunduğundan əmin olmalıyıq. Ermənistan da nümayiş etdirməlidir ki, Azərbaycan kimi, bu üçtərəfli razılaşma çərçivəsində öhdəlik hissəsini yerinə yetirməyə hazırdır. Bölgədə yalnız o zaman rus sülhməramlıları yaxşı xidməti olacaq".

Konstantin Kosaçev bəyan edib ki, Dağlıq Qarabağdakı münaqişə zonasında sülhməramlı əməliyyatına cavabdeh Rusiyadır: "Türkiyənin də bu prossesdə iştirakı mümkündür. Türkiyənin Azərbaycanda və Dağlıq Qarabağ ətrafında olması faktını da gözardı etmək lazım deyil. Ancaq təkrar edəcəm. Sülhməramlılar Ermənistan və Azərbaycanın razılığı ilə həyata keçirilir”.