Paşinyan məğlubiyyətini ordusunun istəyinə bağladı
10.11.2020
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı məğlubiyyət anlaşmasına niyə daha əvvəl imza atılmamasına münasibət bildirib.
Paşinyan bu barədə feysbukda canlı yayımda etdiyi müraciətdə danışıb. O qeyd edib ki, Qarabağla bağlı müqavilə ordunun tövsiyəsi ilə imzalanıb.
"Ordu dayanmağın lazım olduğunu bildirdi. Çünki problemlərimiz var, onların həlli üçün isə perspektiv yoxdur və resurslar tükənib”,- deyə Paşinyan qeyd edib.