Ərdoğan buna görə qalib gəldi - KILIÇDAROĞLU
30.06.2018
AKP-nın seçkidə qələbəsi məcburiyyətdən yaradılan ittifaq sayəsində mümkün oldu.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu partiyasının iclasında çıxışı zamanı deyib.
"Ərdoğanın səsi 42%-dir, digər 10%-i isə o, MHP-dən aldı. 52% Ərdoğanın çox rahat hərəkət edəcəyi proses yaratmır. Ona görə ki, o, parlamentdəki çoxluğu itirib. Ərdoğanın necə Nazirlər Kabineti və özünə hansı müavinləri təyin edəcəyi önəmlidir. Bir koalisiyaya ehtiyacı var. Ərdoğan koalisiyanı MHP-nin icazəsini almadan yarada bilməz. Onun artıq müstəqil iradəsi yoxdur. Ona görə ki, kabineti formalaşdırarkən MHP-nin dəstəyini 100% almaq məcburiyyətindədir. MHP-nin razılığını almadan heç bir önəmli addım atması mümkün deyil.
Baxçalının "dövlət ağlı” ilə hərəkət etdiyi kimi bir düşüncə var. Dövlət ağlı demokratiya, media azadlığı, cümhuriyyətin demokratiya ilə taclandırılmasının tərəfdarıdır. Dövlət ağlı toplumu geriyə aparmaz. Baxçalı Türkiyənin irəli getməsi üçün Ərdoğanı məcbur etsə, onu təbrik edərik”, – deyə o bildirib.