Başqa şansım yox idi...
10.11.2020
Başqa şansım yox idi... - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiyadan sonra "Facebook” səhifəsində canlı yayım açaraq açıqlamalar verib.
O vəziyyətin sabitliyə qovuşmasından sonra bəzi məlumatları ictimaiyyətə çatdıracağını deyib.
"Verdiyim qərar dərin analizlər və hərbi vəziyyətlə bağlı məlumatlı şəxslərin qiymətləndirmələri nəticəsində alınıb. Bəyanatı imzalamaqdan başqa şansım yox idi”.