İrəvanda “Azadlıq radiosu”na hücum olub
10.11.2020
İrəvanda ABŞ-ın "Azadlıq radiosu”nun ofisinə hücum olub.
Bu məlumatı Ermənistan Jurnalistlər İttifaqının mətbuat xidməti yayıb.
Məlumata görə, ofisdə olan avadanlıqlara zərər verilib, eləcə də radionun əməkdaşlarına qarşı zor tətbiq edilib.
Qeyd edək ki, Ermənistanda tarixdə ilk dəfə "Azadlıq radiosu”nun ofisinə hücum edilir.