Paşinyan tərəfdarlarını mitinqə çağırıb
10.11.2020
Ermənistan Baş naziri Nikol Paşinyan öz tərəfdarlarının mitinqini təşkil etməyi planlaşdırır.
Bu sözləri o, Feysbukda canlı çıxışı zamanı deyib.
"Mən vətəndaşlarımızı öz mövqelərini açıq deməyə çağırıram. Ümumiyyətlə mitinq təşkil etmək və situasiyaya dəqiq qiymət vermək lazımdır. Tərəfdarlarımızı hazır olmağa çağırıram” – deyə o bildirib.