Razılaşmanın tələblərinə əməl ediləcək
10.11.2020
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.
Erməni KİV-ləri xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi silahlı qüvvələrin atəşkəs razılaşmasının öz üzərlərinə düşən bəndlərini həyata keçirəcəyini açıqlayıb.