Putin rusiyalıların etibarını itirir
30.06.2018
Rusiyada Nazirlər Kabinetinin pensiya islahatları elan etməsindən sonra ölkənin lideri Vladimir Putinin reytinqi nə az, nə çox – 15 faiz aşağı düşüb.
İyunun 14-də rusiyalıların 78 faizi Putinin fəaliyyətindən razı idisə, 10 gün sonra bu göstərici 63,4 faizə enib.
Amma Kreml Rusiya prezidentinin reytinq göstəricilərindəki dəyişkənliyə görə heç bir narahatlığa əsas görmür.