Paşinyan təslim olduğunu AÇIQLADI
10.11.2020
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda müharibənin dayandırılması haqqında Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bəyanat imzaladığını bəyan edib.
Bu barədə "TASS” xəbər verib.
Bir neçə dəqiqə bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına müraciət edib. Müraciət Baş nazirin feysbuk səhifəsində yerləşdirilib:
"Mən Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01.00-dan dayandırılması haqqında bəyanat imzalamışam. Artıq dərc olunan bəyanatın mətni mənim və xalqımız üçün olduqca ağrılıdır. Müstəqillik illərimizi təhlil etmək lazımdır ki, gələcəyimizi planlaşdıraq və keçmişin səhvlərini təkrar etməyək. Bütün qurbanlarımızın qarşızında diz çökürəm".