21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Suriyalı ermənilərin işğal olunmuş ərazilərdə məskunlaşdırılması həyasızlıqdır"

09.11.2020


Ermənistanın hakimiyyət orqanlarının suriyalı erməniləri işğal olunmuş ərazilərdə məskunlaşdırması həyasızlıqdır. Səmimi desəm, bu fakt məni heyrətləndirməyib. Burada başqa bir aspekt əhəmiyyətlidir. Azərbaycan tərəfi Ermənistanın beynəlxalq hüququ pozmasına dair növbəti sübutlar əldə edib. Bu sübutlar Azərbaycana vurulmuş ziyanın müqabilində gələcəkdə kompensasiya almaq məqsədilə rəsmi Yerevanı beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb etməyə imkan verə bilər.

Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk bu fikirləri  eksklüziv müsahibəsində söyləyib.

Ekspert qeyd edib ki, suriyalı ermənilərin həm Ermənistana, həm də Qarabağa miqrasiyası barədə müxtəlif mənbələrdə dəfələrlə söhbət açılıb. Lakin əksər hallarda suriyalı ermənilər hərbi əməliyyatlarda iştirak etmək istəmirlər, çünki onlar başa düşürlər ki, Yerevandakı hakimiyyət orqanları bu insanlardan əslində canlı sipər kimi istifadə etmək istəyirlər.

R.Kovbasyuk deyib: "Dinc dövrdə erməni icması kifayət qədər varlı idi. Suriyalı ermənilər arasında orta və iri biznesmenlər çoxdur, bunlar əsasən praqmatik insanlardır və "tarixi Vətən”ə gəlməklə, necə deyərlər, yağışdan çıxıb yağmura düşdüklərini anlamırlar. Buna görə də suriyalı ermənilər əksər hallarda həm Ermənistandan, həm də Dağlıq Qarabağdan perspektivdə daha çox inkişaf etmiş ölkələrə getmək üçün tranzit zona kimi istifadə edirlər. Bu səbəbdən suriyalı ermənilərin "tarixi Vətən”ə gəlmələrinin yeganə səbəbi müvafiq sənədlərin pulsuz rəsmiləşdirilməsi və çox qısa müddətdə vətəndaşlıq almaq imkanıdır. Lakin suriyalı miqrantlar istər Ermənistanda, istərsə də Azərbaycanın ermənilər tərəfindən talan edilmiş Qarabağ bölgəsində çoxsaylı iqtisadi problemlərlə üzləşirlər”.

Ekspertin sözlərinə görə, qətiyyətlə demək olar ki, Ermənistanın hakimiyyət orqanlarının suriyalı erməniləri cəlb etmək siyasəti tamamilə iflasa uğrayıb və praqmatik suriyalı ermənilərin üzləşdikləri gerçəklik onların əvvəlcə xəyalında canlandırdıqları perspektivləri alt-üst edib.