Türkiyənin Milli Müdafiə Nazirliyi Şuşanın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
08.11.2020
Qəhrəman Azərbaycan Ordusu, strateji əhəmiyyətli Şuşa şəhərini işğaldan azad edib. Təbrik edirik!
Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
"Azərbaycan türkü qardaşımız 28 il sonra Şuşadakı məşhur Xarı Bülbül çiçəyinin açmasını izləyəcək, ətrindən doyacaqlar. Necə xoşbəxtdir onlar!”, – deyə paylaşımda bildirilir.