03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ruhani: Ümidvaram ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün addımlar atacaq

08.11.2020


Ümidvaram ki, ABŞ-ın yeni administrasiyası beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün addımlar atacaq.

Bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinin elan edilməsindən sonra deyib.

H. Ruhani bildirib ki, yeni administrasiya sanksiyaların faydasız olduğunu başa düşərək, sanksiya siyasətinə son qoymalıdır. Bu, məqsədə nail olmaq üçün düzgün siyasət deyil.

İran Prezidenti nəzərə çatdırıb ki, beynəlxalq qanunlara və öhdəliklərə əməl etmək hər bir dövlətin prioritet siyasi xətti olmalıdır. İran xalqı müqaviməti davam etdirərək ABŞ-ın beynəlxalq müqavilələrə əməl edəcəyini gözləyəcək.

Qeyd edək ki, ABŞ rəsmiləri dəfələrlə İranı seçkilərə müdaxilə etməkdə ittiham edib. İş o yerə çatıb ki, ABŞ İrana məxsus 27 internet resursunu bağlayaraq, onları prezident seçkiləri barədə yalan məlumat yaymaqda ittiham edib.

Tehran isə bəyan edib ki, ABŞ-da kimin prezident seçilməsinin İran üçün heç bir fərqi yoxdur.

İranın Ali Rəhbəri Ayətullah Xamneyi ABŞ-da keçirilən prezident seçkilərini əvvəlcədən hazırlanmış tamaşa adlandırıb.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsində Co Bayden Donald Trampa qalib gəlib.