Tramp: 71 milyon qanuni səs topladım
08.11.2020
ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəldiyini bildirib.
Bu barədə o, twitter sosial şəbəkəsində yazıb.
"Mən seçkilərdə qalib gəldim, 71 milyon qanuni səs topladım”, - deyən Donald Tramp ona verilən səslərin oğurlandığını vurğulayıb.
Donald Tramp bir müddət öncə verdiyi açıqlamada seçkilərin nəticələrinin sayılmasının hələ bitmədiyini bildirmiş, xüsusilə göstəricilərin çox yaxın olduğu əyalətlərdə səslərin təkrar sayılacağını və seçkinin nəticələrinə media vasitəsilə deyil, qanuni yollarla qərar veriləcəyini ifadə etmişdi.
Qeyd edək ki, yerli mətbuat 290 seçkiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-ın Prezidenti seçildiyini bildirib.