“Yaşasın donuz...” deməklə fransızlar nə istəyir?
07.11.2020
Fransada türklərə qarşı ikinci hücum baş tutub.
Bildirilib ki, irqi ayrı-seçkilik prinsipi ilə hərəkət edən bir neçə insan Fransanın Nant şəhərində yerləşən türk ət dükanına hücum edib. Hücum zamanı obyektə maddi ziyan dəyib.
Naməlum şəxslər dükanın divarlarına "Türklərə ölüm", "Ərdoğana ölüm", "Öz ölkənə qayıt", "Yaşasın donuz" tipli təhqiramiz ifadələr yazıblar.
Qeyd edək ki, bir neçə gün öncə də buna oxşar hadisə baş vermişdi.