Afrika və Yaxın Şərq dövlətləri kütləvi aclıq ərəfəsindədir
07.11.2020
Afrika və Yaxın Şərqdə bəzi dövlətlər kütləvi aclıq ərəfəsindədirlər.
Bu məlumatı "Blumberq” agentliyi yayıb.
Məlumata görə, konfliktlər, iqtisadi çətinliklər, ekstremal hava şəraiti və koronavirus pandemiyası yüz minlərlə insan üçün qidanın əlçatan olması imkanlarını məhdudlaşdırır. Dünyada 16 ölkəni aclıq problemlərinin gərginləşməsinin təhdid etdiyi bildirilib.