Ərəbistan Kralı Türkiyənin yanında olduğunu bildirir
07.11.2020
Səudiyyə Ərəbistanı hökuməti Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində zərər görənlərə yardım etməyi planlaşdırır.
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.
Qeyd olunub ki, Kral Salman bin Əbdüləziz əs-Səud Humanitar Araşdırmalar Mərkəzinə dərhal Egey dənizindəki zəlzələ nəticəsində zərər çəkənlərə tibbi, humanitar və digər yardımların göstərilməsi barədə tapşırıq verib.
Kralın bu yardımla Türkiyə xalqının yanında olduğunu göstərmək istədiyi vurğulanıb.