Rumıniyada komendant saatı tətbiq ediləcək
06.11.2020
Rumıniya hökuməti koronavirus səbəbindən oktyabrın 9-dan etibarən ölkədə 30 günlük komendant saatı tətbiq etməklə bağlı qərar qəbul edib.
Bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkədəki uşaq bağçaları və məktəblər distant təhsilə keçəcək.
Qərara əsasən, ölkənin hər yerində maska taxmaq məcburi olacaq.