Yanğın: 50 avtomobil külə döndü - BAKIDA + TƏCİLİ
29.06.2018
"Dövran Media" xəbər verir ki, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.
Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov bildirib ki, təxminən 3-4 hektar ərazidə quru ot və qəzaya uğramış, istismara yararsız avtomobillər yanıb.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək. /apa/