Güclü sel Qara dəniz bölgəsində böyük fəsadlar yaradıb
06.11.2020
Türkiyənin Şərqi Qara dəniz bölgəsində güclü sel daşqınlara səbəb olub.
DM xəbər verir ki, təbii fəlakət Girəsun, Trabzon, Rize və Artvində böyük fəsadlar yaradıb. Güclü sel yolları yuyaraq dağıdıb. Dağlardan axan lil və daş parçaları yolları basıb.
Girəsunda Mursal dərəsinin daşması səbəbindən Tirəbolu-Doğankənt yol inşaatında çalışan ağır texnikalardan bir neçəsi, o cümlədən iki ağırtonnajlı yük maşını dərəyə yuvarlanıb.