Putin 2021-də istefa verə bilərmi?
06.11.2020
Bilirsiniz, burada xüsusi şərh olunası heç nə yoxdur. Bu, tam bir cəfəngiyyatdır.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəlik səbəbi və ya ailəsinin istəyi ilə istefa planları barədə "Deyli Meyl”də yayılan xəbəri şərh edərkən deyib.
"Prezident yaxşıdır. Sağlamlığı da əladır”, - Peskov bildirib.
Qərb mediasının Prezidentin istefaya getməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualına isə Peskov konkret cavab verib: "Xeyr!”