Tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq
06.11.2020
Əhliman Əmiraslanov: "Gələcəkdə ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq"
"Gələcəkdə bütün ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq”.
Bunu Milli Məclisin iclasında "Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, hazırda buna keçilməyib deyə bu xidmətlər dövlət büdcəsi hesabına həyata keçirilir: "Bu gün Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir. Gələcəkdə bu xidmətlərin də icbari tibbi sığorta hesabına edilməsi nəzərdə tutulur”.