21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fəxrəddin Miralayevdən kilisə ilə bağlı açıqlama

06.11.2020

Fəxrəddin Miralayev: "Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"

"Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

Bunu Əməkdar artist, Kilsənin bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə bildirib.

Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi olan Fəxrəddin Miralaleyev deyib ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir: "Bu kilsənin bərpası zamanı Qazançılar kilsəsinin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Qazançılar kilsəsi erməni bədii dilində yox, rus bədii dilində tikilib".

F.Miralayevin sözlərinə görə, kilsənin uzun pəncərələri var ki, bu da rus kilsələrində olur: "Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

Kilsənin bərpa layihəsinin müəllifi onu da əlavə edib ki, provaslav ilə qriqoryanlıq arasında böyük fərq var: "Erməni kilsələri deyilən kilsələrin çoxu bizim mədəniyyətimizə aiddir, qıpçaq mədəniyyətinə xasdır".