21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranın bizə lütfü deyil, beynəlxalq hüququn tələbidir”.

06.11.2020

Millət vəkili: "Ali liderin bəyanatı İranın bizə lütfü deyil, beynəlxalq hüququn tələbidir"

"Bir neçə gün əvvəl İranın ali liderinin verdiyi bəyanat alqışlanmalıdır. Lakin bu, İranın bizə lütfü deyil, beynəlxalq hüququn tələbidir”.

Bunu Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, İranın ali liderinin bəyanatı Azərbaycandan çox beynəlxalq hüquqa sadiqlik nümunəsidir: "İran Ermənistan üçün nəfəslikdir. İran ərazisindən Ermənistana silah daşınması həyata keçirilir. Bununla İran bu gün təcavüzə yardım verən ölkə kimi qiymətləndirilməlidir. Doğrudur, iki dövlət arasında münasibətlərə qarışmaq doğru deyil, amma İran bu zaman nəzərə almalıdır ki, qarşısındakı dövlət işğalçıdır. İranın ali lideri terrorçularla bağlı təhdidlərə də bəyanatda yer vermişdi. Hesab edirəm ki, İranın ali lideri bu məsələdə Fransa və digər ölkələrdəki qeyri-rəsmi mənbələrin feyk xəbərlərinə istinad etmir. Odur ki, nəyə əsaslandıqlarına dair İrandan açıqlama gözləyirik”.