21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İqor Korotçenkodan Etmənistana sərt tənqid

06.11.2020

"Başda Paşinyan olmaqla Qarabağda özünüz vuruşun!"

Rusiyanın "Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Etmənistanı sərt tənqid edib.

O bildirib ki, erməni diaspor liderlərinin övladlarından hansının Qarabağ cəbhəsində döyüşməyə getdiyi barədə social şəbəkədə sual ünvanlayıb. Lakin ona heç bir konkret cavab verilməyib, əvəzində yalnız təhqir və söyüşlər səslənib:

"Bu cür şəxslər tərəfimdən dərhal ömürlük "ban”a göndərildi. Vəziyyət eynidir: Qarabağda özləri döyüşməyə getmək istəmirlər, ancaq Rusiyanı Qarabağda onlar üçün döyüşməyə çağırırlar.

Əgər Ermənistan 90-cı illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş suveren və müstəqil bir ölkədirsə, özünüz vuruşun və bu əraziləri müdafiə edin (Paşinyan Qarabağın Ermənistan olduğunu söylədi).

Əgər bu əraziləri özünüzdə saxlaya bilmirsinizsə, onda Dağlıq Qarabağla bağlı BMT-nin məlum dörd qətnamələrinin şərtləri ilə Azərbaycanla sülh imzalayın.

Yeri gəlmişkən, Yerevanda dedilər ki, yeni bir müharibə olarsa, erməni ordusu Bakıya çatacaq! Yaxşı, irəli gedin! Lakin erməni hücumunun qalibiyyəti haqqında xəbərlər əvəzinə bir şey eşidirik - bağışlayın, amma olduğu kimi deyəcəyəm - "Türk xüsusi təyinatlıları" və "qara muzdlular" haqqında davamlı ulamalar - lakin cəsədləri göstərmirlər – görünür, cəsədləri də, "suriyalı terrorçular" kimi, Araz bataqlığındakı çöl donuzları yeyiblər.

Uğursuzluqlarınızda Rusiya günahkar deyil – günahkar özünüzsünüz, hörmətli ermənilər. Qarabağ cəbhəsindəki səngərlərdə oturmaq əvəzinə Facebook, Twitter, Telegramdasınız – bu, sizin seçiminizdir. Bu seçimi özünüz etdiniz.

Serj Sarkisyanın dövründə dövlətdəki korrupsiya və dövlətin pullarını oğurlama, Hitlerin əlaltısı Garegin Njdenin İrəvanın mərkəzindəki abidəsi, postsovet məkanındakı ən böyük ABŞ səfirliyi, "rəngli inqilab", Paşinyan və yoldaşları, saysız-hesabsız Amerika QHT-ləri, KTMT-yə p…x atmaq (Xaçaturov işi), Ermənistandakı Rusiya telekanallarını pulsuz şəbəkədən uzaqlaşdırmaq, Rusiya biznesinin təqibindən, Rusiyapərəst siyasətçilərin və Ermənistan Konstitusiya Məhkəməsinin təmizlənməsi – bunları siz özünüz etdiniz, özünüz!

Buna görə də, başda Ali Baş Komandan Paşinyan olmaqla, Qarabağda özünüz vuruşun - bu bizim yox, sizin müharibənizdir!

Şəxsi heç nə yoxdur - yalnız Rusiyanın milli maraqları!

Düşünürəm, anlaşılan dildə izah etdim?"