"Əgər qanuni səsləri saysanız, mən asanlıqla qalib gəlirəm”.
Devran Media "RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında deyib.
Tramp bir çox kritik vacib ştatlarda qalib gəldiyini qeyd edib. O, həmçinin KİV-i və "xüsusi maraqları”, yəni lobbiçiləri seçkilərə müdaxilə etməkdə ittiham edib.
Hazırkı dövlət başçısı bildirib ki, seçkilərin yekunları ilə bağlı məsələ Ali Məhkəmədə başa çata bilər.
"Biz düşünürük ki, məhkəməyə müraciətlər çox olacaq, çünki bizim dəlillərimiz, sübutlarımız çoxdur. Ola bilsin ki, bu, ölkənin Ali Məhkəməsində başa çatacaq”, - deyə Tramp vurğulayıb.