OKSFORD vaksini nə zaman hazır ola bilər?
05.11.2020
Ekspertlər, Oksford Universiteti tərəfindən hazırlanan koronavirus əleyhinə vaksinin Milad bayramı ərəfəsində hazır olacağına ümidlərini itirmirlər. "MedikForum” saytı xəbər verir ki, ilk mərhələdə hazırlanacaq 4 milyon vaksin yalnız tibb işçiləri, müəllimlər, sosial xidmət əməkdaşları və ictimai nəqliyyatda çalışanlar üçün nəzərdə tutulub.
Qərbdə COVID-19 əleyhinə ən ümidverici peyvənd "AstraZeneca” əczaçılıq şirkəti və Oksford Universitetinin birgə layihəsi hesab olunur. Hazırda bu vaksinin hazırlanması ilə əlaqədar tədqiqatların üçüncü mərhələsi başa çatır, ondan sonra preparat qeydiyyatdan keçə bilər. Daha öncə bunun gələn ilin fevral-mart aylarında baş verməsi ehtimal olunurdu, lakin pandemiyanın ikinci dalğasının misli görünməmiş dərəcədə yayılmasını nəzərə alaraq, dərmanın İngiltərə, Almaniya, Fransa və bir çox başqa ölkələrdə tətbiq olunan ümummilli karantindən sona çatması gözlənildiyi zaman, bu Milad bayramına qədər qeydiyyata alınacağı və istifadəyə veriləcəyi istisna olunmur.