Böyük Britaniyada karantin rejimi sərtləşdirildi
05.11.2020
Böyük Britaniyada bu gündən etibarən karantin rejimi sərtləşdirilib.
4 həftəlik karantin rejiminin tətbiqi səsvermə nəticəsində millət vəkilləri tərəfindən də təsdiqlənib.
Bu gündən etibarən kafe, restoran, idman mərkəzləri, vacib olmayan ticarət obyektləri fəaliyyətini dayandırıb.
Mart-aprel ayında tətbiq olunan karantin rejimindən fərqli olaraq bu dəfə məktəblər və uşaq bağçaları fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb, 47 min 742 nəfər isə həyatını itirib.