Türkiyədə ERUCOV-VAC peyvəndi könüllüyə tətbiq olundu
05.11.2020
Türkiyənin Erciyes Universitetində (EU) yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli tərkiblə hazırlanan peyvəndin ilk dozası bir könüllüyə tətbiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə EU-nun rəsmi internet saytında məlumat verilib. Bildirilir ki, insan üzərində sınaq mərhələsinə çatan peyvənd Erciyes Universitetinin Peyvənd Araşdırma və İnkişaf Tətbiq və Araşdırma Mərkəzində (ERAGEM) ERUCOV-VAC adı ilə kəşf olunub. Könüllü Nazif Durna əminliklə ifadə edib ki, qəbul etdiyi sınaq bu infeksiya riski ilə üz-üzə olan milyonlarla insana kömək olacaq.