FHN əhaliyə müraciət edib
05.11.2020
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
FHN-dən verilən məlumatda qeyd olunur ki, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:
- "112” qaynar xəttinə məlumat verin;
- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;
- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;
- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;
- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;
- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;
- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;
- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;
- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;
- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;
- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;
- liftdən istifadə etməyin; - qonşuları xəbərdar edin.