Kosovo Prezidenti istefa verib
05.11.2020
Kosovo Prezidenti Haşim Taci istefa verib.
Kosovo Prezidenti istefasını mətbuat konfransında elan edib.
O bildirib ki, bu addımı Kosovo prezidentliyinin bütövlüyünü qorumaq üçün atıb.
Haşim Taçi Kosovo müharibəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. O, Haqaada yerləşən xüsusi məhkəməyə çıxarılacaq.