21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Monitorinq Mərkəzi 70-ə yaxın saytın monitorinqinə başlayıb

05.11.2020

"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycan məkanında fəaliyyət göstərən bütün saytlar monitorinqlərə cəlb olunub".

Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, fəaliyyət göstərən istər ciddi, istərsə də köməkçi saytlar monitorinqlərə cəlb edilib: "Hazırda monitorinqlər davam edir. Saytlar bitdikdən sonra televiziyaların monitorinqinə başlayacağıq. Monitorinqlərdən sonra ciddi qüsurları statistika ilə göstərəcəyik. Bütün nəticələr hesabatlarda əksini tapacaq. Hesabatlar çap olunacaq və ictimaiyyətə açıqlanacaq”.

S.Əliyeva 15 günlük monitorinq nəticələri barədə danışıb: "15 günlük monitorinqlərin nəticələrinə əsasən, bütün saytlarda, istər aparıcı, istər ikinci dərəcəli saytlarda pozuntular var. Təbii ki, aparıcı saytlarda pozuntular azdır. Amma yenə də bütün səviyyələrdə dil normalarından kənara çıxmalar var. Ən ciddi məsələ odur ki, bir xəbər saytı heç bir cümləyə, sözə müdaxilə etmədən başqa saytdan götürdüyü xəbəri olduğu kimi yerləşdirir. Bu, xəbəri yazan saytın da, xəbəri götürüb yerləşdirən saytın da qüsurudur. Təbii ki, burada operativlik əsas şərt daşıyır. Amma bizi narahat edən məsələ bütün sahələrdə operativlikdən asılı olmayaraq Azərbaycan dilinin düzgün tətbiqidir. Nəticə olaraq məlumatın Azərbaycan dilində düzgün çatdırılmasıdır. Bütün sayt rəhbərlərinə, işçilərinə deyirəm ki, ciddi yanaşsınlar. Dilimiz dövlət siyasətinin böyük bir hissəsini təşkil edir”.

Direktor qeyd edib ki, monitorinqlərə 70-ə yaxın sayt cəlb olunub: "Məqsədimiz hansısa saytı saytın işçisinin adını çəkməklə gündəmə gətirmək deyil. Məqsədimiz dilimizin saflığını qorumaqdır. Nəticələrə əsasən, ciddi qüsurlar aşkarlanan saytlara xəbərdarlıq olunacaq. Növbəti monitorinqlərdə ikinci xəbərdarlıq ediləcək. Üçüncü dəfə isə cərimələrin tətbiqi ilə bağlı düşünə bilərik”.