Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazıntısına başlayıb
05.11.2020
Türkiyənin "Fatih" gəmisi Qara dənizdə yerləşən yeni qaz yatağında "Türkali-1" axtarış quyusunun qazılmasına başlayıb.
Devran Medianın məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez öz "Twitter" hesabında paylaşıb.
Məlumata əsasən, qazma işləri 75 gün davam edəcək.
Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.