ABŞ-da etirazçıları dağıtmaq üçün Milli Qvardiyanın yardımından istifadə olunacaq
05.11.2020
Oreqon ştatının hökuməti prezident seçkilərindən sonra küçəyə çıxan Porltland şəhər sakinlərinə qarşı Milli Qvardiyanın köməyindən istifadə edəcək.
Devran Medianın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Maltnom dairəsinin şerifi özünün "Twitter” hesabında məlumat verib.
O bildirib ki, şəhərdə nizam-intizam yaratmaq məqsədi ilə vilayətin qubernatoru hüquq-mühafizə orqanlarına kömək etmək məqsədi ilə Milli Qvardiyanın köməyindən istifadə edəcək.
Qeyd edək ki, sakinlər prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə çıxıblar. Polis etirazları üsyan adlandırıb, onlarla adam saxlanılıb.
Etirazçıların polisə qarşı "Molotov kokteyli"ndən və şüşə butulkalardan istifadə etdiyi deyilir.