Makron: Müsəlmanlara qarşı rasizm olmayacaq
05.11.2020
Fransa özünün demokratik dəyərlərindən imtina etməyəcək.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O, həmçinin radikal islam ideologiyasının uşaqlara nifrəti öyrətdiklərini, onları qanunları tapdalamağa çağırdığını bildirib:
"Mən bunu öz çıxışlarımdan birində "separatizm” adlandırdım. Mən heç kimə izn verməyəcəyəm ki, Fransa və onuna hökumətinin müsəlmanlara qarşı rasizmi genişləndirdiyini təsdiqləsin. Fransa həm müsəlman, həm yəhudi, həm xristian, həm də digələri üçün dünyəvi ölkədir”.