21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Startup 2018" sammitinə startapların qeydiyyatı başladı!

29.06.2018

Azərbaycanda A’Startap Sammiti «Azercell Telekom»un "Barama” mərkəzinin dəstəyi
ilə keçirilir.
Ölkəmizdə sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə "Azercell Telekom” MMC tərəfindən
yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihə həyata keçirməyi planlaşdırır. Belə
ki, mərkəz "Aforyouth” təşkilatı ilə birlikdə Azercell və "PAŞA Bank”ın baş sponsorluğu ilə 18-20 iyul
tarixlərində Bakıda "A’Startap Sammiti 2018” və intensiv seminar keçirəcək. 3 günlük tədbir sahibkarların,
gənc liderlərin biznes və yaradıcılıq bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunur. Tədbirin
ilk günü işgüzar əlaqələrin qurulmasına həsr olunacaq: beynəlxalq arenaya çıxmağa can atan 45 yerli
sahibkar bir-birini tanımaq və gələcək potensial tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcək.
Komandanın formalaşmasından sonra müxtəlif biznes metodlarından istifadə edərək problemin
müəyyənləşdirilməsi həyata keçiriləcək. Sammitin ikinci günü gənc startapları narahat edən problemlərin
müzakirəsinə və onların həlli istiqamətində müəyyən tövsiyyələrin verilməsinə həsr olunacaq. Tədbirin
sonuncu günü isə Azərbaycanın biznes icması üçün açıq gün olacaq və iştirakçılar son iki gündə
formalaşdırdıqları startap ideyalarını müvafiq şirkətlərə təqdim edəcəklər.
"A’Startup Summit 2018” tədbirində iştirak etmək üçün http://summit.aforyouth.com/ səhifəsinə daxil
olmaq lazımdır. Yerlərin sayı məhduddur.
Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və
Sahibkarlıq Mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyinə
malik olması ilə fərqlənir. Barama İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri,
Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni
İntellekti dəstəkləyir. Mərkəz Azərbaycanda bir sıra yüksək səviyyəli beynəlxalq yarışların təşkilatçısıdır,
startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə
kömək göstərir.
"Aforyouth” - tələbələrə və gənc mütəxəssislərə öz ideyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə
kömək edən yerli gənclər təşkilatıdır. Təşkilat bu gəncləri istiqamətləndirməklə yanaşı, onlara ölkədən
kənarda eyni zamanda həm təhsil almaq, həm də işləmək imkanı yaradır.