Əməkdar artistin oğlu ABŞ-dan Qarabağa getdi
05.11.2020
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu cəbhəyə yola düşüb.
Bu barədə aktyor özü məlumat verib: "Bu gün ortancıl oğlum Üzeyiri cəbhəyə yola salıram. Üzeyir ali təhsilli həkimdir. Cəbhəyə hərbi həkim kimi gedir. Çox qürur hissi keçirirəm. Üç oğlum var, üçü də vətənpərvərdir. Üzeyirin Amerikada yaşamaq icazəsi var. "Qrin kart” udmuşdu. Amma buna baxmayaraq, o könüllü olaraq orduya yazıldı. 32 yaşı var oğlumun. Mən də o yaşda olanda birinci Qarabağ müharibəsində iştirak etmişəm”.