21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəzəryanı ölkələrin Qazaxıstan limanlarından istifadə imkanları genişləndirilib

05.11.2020

Qazaxıstan parlamenti "Gəmiçiliyə dair sazişin ratifikasiyası haqqında" qanun layihəsini təsdiqləyib.

Devran Medianın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, razılaşma Transxəzər beynəlxalq nəqliyyat marşrutu boyunca Qazaxıstan limanlarının tranzit potensialını artıracaq.

Məlumata əsasən, parlament tərəfindən təsdiqlənən qanun layihəsi Qazaxıstan şirkətlərinə Rusiyanın daxili su yollarından sadələşdirilmiş qaydada keçməyə və Azərbaycan, İran və Türkmənistandan yüklərin daşınmasına imkan verəcək.

Qazaxıstanın sənaye və infrastruktur inkişafı nazirinin müavini Berik Kamaliyevin sözlərinə görə, hazırda Qara dənizdəki limanlardan Qazaxıstan limanlarına yüklər tranzit yolu ilə – Volqa-Don kanalı vasitəsilə daşınır. Yalnız Qazaxıstan şirkətləri Rusiyanın daxili su yollarından sadələşmiş qaydada istifadə edə biləcəklərini nəzərə alaraq, artıq Avrasiya İttifaqının üzvü olmayan Xəzəryanı ölkələr (Azərbaycan, İran, Türkmənistan) Xəzərdən Qara dəniz limanlarına yüklərin nəqli üçün Qazaxıstan daşıyıcılarını cəlb etməyə maraq göstərir.