Bakı bu tankları almaq üçün DANIŞIQLARA BAŞLADI
29.06.2018
Almaniyanın "Rheinmetall” müdafiə konserni Azərbaycanla müqavilə bağlamaq niyyətindədir.
İyunun ortalarında alman şirkətinin nümayəndələri Con Teylor və Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov (Y.Camalov bir neçə gün öncə vəfat edib. – red.) gələcəkdə ikitərəfli əməkdaşlıqla bağlı bəyannamə imzalayıblar.
"Dövran Media" bununla bağlı "Reuters”ə istinadla xəbər verir.
İmzalanma mərasimi Paris yaxınlığında keçirilən "Eurosatory” müdafiə sənayesi sərgisində baş tutub.
İriçaplı silah və zirehli maşınlar istehsal edən "Düsseldrof” şirkəti bəyan edib ki, keçmiş sovet ölkəsi ilə heç bir əlaqələrə malik deyil, ixrac nəzarəti keçməyəcək və ya silah ixracına embarqo tətbiq etməyəcək.
"Razılaşmada deyilir ki, ancaq embarqo altına düşməyən hərbi texnikaların satışı nəzərdə tutulub”, - alman şirkəti bildirib.
Xatırladaq ki, 1992-ci ildə ATƏT Azərbaycan və Ermənistana silah və hərbi sursat satışına embarqo qoyulması haqqında qərar qəbul edib.
"Rheinmetall” şirkəti müxtəlif növ hərbi texnikalar, iri çapılı artilleriya sistemləri və digər silahların istehsalı ilə məşğuldur. Bu şirkət həmçinin, "Leopard”, "БТР Boxer GTK”, "BMP Puma” kimi əfsanəvi tanklar istehsal edir.