Son dəqiqə: Azərbaycanda zəlzələ oldu
05.11.2020
İmişlidə zəlzələ olub.
Bu barədə Devran Medıa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.