Putin Nurməhəmmadovu Rusiya Qəhrəmanı fəxri adına layiq görə bilər
05.11.2020
Rusiya Dövlət Dumasının deputatı Hacımurad Omarov Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədova Rusiya Federasiyasının Qəhrəmanı adının verməsini təklif edib.
"Vesti” xəbər verir ki, deputata artıq bu məsələ ilə bağlı Rusiya dövlət başçısına məktubla müraciət edib.
Məktubda qeyd olunur ki, H.Nurməhəmmədov beynəlxalq idman yarışlarında Rusiyanın şərəfini qoruyub, onu uğurla təmsil edib.
Həmçinin, idmançı Rusiyada idmanın, sağlam həyat tərzinin, ailə dəyərlərini fəal şəkildə təbliğ edir, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.