Akopyan Ovannisyanı ordunun başına gətirir
04.11.2020
Ermənistan ordusunun Qarabağda məğlubiyyətlərini ört-basdır etməklə məşğul olan Artsrun Ovannisyan bu zəhmətinin qarşılığında qabağa çəkilə bilər.
Belə bir iddia ilə "Qraparak” qəzeti çıxış edib.
Məqalədə Ovannisyanın müdafiə nazirinin müavini vəzifəsinə gətiriləcəyi bildirilib. Ovanisyanın bu təyinatında xüsusilə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın maraqlı olduğu vurğulanıb.
Ovannisyan isə qəzetə açıqlamasında bu informasiyanın ciddi olmadığını deməklə kifayətlənib və ona ünvanlanan digər sualları cavabsız qoyub.