"AmCham": Birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik
04.11.2020
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Bu barədə "AmCham"ın bəyanatında deyilir.
"Biz, ölkənin ilk və ən böyük biznes assosiasiyası olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində aparılan biznes fəaliyyətlərini, habelə Qarabağdakı qanunsuz rejimə maddi və ya hər hansı digər formada edilən dəstəyi qəti şəkildə pisləyirik. Biz, bu cür qanunsuz fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri şiddətlə qınadığımızı bildirir, həmçinin qeyd edirik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən təşkilatlarla birbaşa və ya dolayı işgüzar münasibətlər qəbuledilməzdir.