21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupundan yeni təklif

04.11.2020

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Ermənistanın mülki cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara təkliflər verib

"Müharibə tək cəbhədə deyil, həm də beynəlxalq təşkilatlarla, beynəlxalq ictimaiyyətlə gedir. Yəni, biz həm də informasiya cəbhəsində müharibə aparırıq. Ona görə də qərara gəldik ki, bu cür hesabat hazırlayaq və beynəlxalq təşkilatlara göndərək”.

Bunu bu gün keçirilən birifinqdə Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, hesabatda 27 sentyabrdan bu yana olan hadisələr əcnəbilər üçün qruplaşdırılıb: "Hesabatda Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunan qadağan edilmiş silahlarla bağlı məlumat verilib. Hesabatda olan faktlar ANAMA-nın və Baş Prokurorluğun məlumatlarına əsaslanır. Biz bu hesabatı hazırlayarkən əcnəbilər üçün maraqlı olmasına diqqət etmişik. Ona görə də hesabatı yığcam və çoxlu faktlar əsasında hazırlamışıq”.

Ə. Həsənov qeyd edib ki, hesabatda Tərtərə, Gəncəyə, Bərdəyə və digər şəhər və rayonlarımıza atılan raketlər, mərmilərin sayı barədə məlumatlar əksini tapıb: "Cəbhə xəttindən uzaq rayonlar barədə də hesabatda məlumatlar öz əksini tapıb. Ermənistan tərəfinin aqressiyası nəticəsində dinc sakinlərə qarşı aşağıdakıc inayətlər törədilib:

1. Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən 13 şəhərə müxtəlif vaxtlarda "Smerç” və "Qrad” tipli raketlər atılıb;

2. Tərtər şəhəri və onun 36 yaşayış məntəqəsinə ciddi ziyan vurulub;

3. Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək enerji layihələri və neft-boru kəmərləri hədəfə alınıb;

4. Dinc şəhərlərə atılan raket zərbələri ilə məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər hədəf alınıb və onlara zərər yetirilib;

5. 87 mülki şəxs həlak olub, onlardan 18-i qadın, 14-i uşaq olmaqla;

6. 400 nəfər yaralanıb, onlardan 69 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla.

Ümumiyyətlə, biz hesabatı hazırlayıb təqdim edəndə 87 nəfət həlak olanların adı var idi. Artıq bu say 91-dir. Bu, yeni aralıq hesabata əlavə ediləcək. Hesabatda zərərçəkmiş və həlak olan şəxslərlə bağlı bütün məlumatlar əks olunub və olunacaq. Bizim əsas məqsədimiz odur ki, baş verənlərlə bağlı beynəlxalq təşkilatların əlində daha çox sənəd olsun və onlarda olan məlumatlar birtərəfli olmasın”.

Ə. Həsənov bildirib ki, hesabatda beynəlxalq təşkilatlara ünvanlanan təkliflər də qeyd edilib: "Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlar və institutların aşağıdakı işləri görməsi tövsiyə olunur:

1. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin əsas moderatoru kimi Ermənistan tərəfindən bu hərbi cinayətlərin törədilməsinin motivləri ilə bağlı hesabat tələb etməlidirlər;

2. ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan tərəfi ilə birgə bu hərbi cinayətlərin bütün detalların müzakirə etməli və onları sənədləşdirməlidirlər;

3. Azərbaycanda fəaliyyət göstərən BMT institutları raket zərbələri nəticəsində həyatını itirən dinc əhali ilə bağlı vəziyətin araşdırılması məqsədi ilə Azərbaycanın hökumət orqanları ilə əməkdaşlığı gücləndirməlidirlər;

4. Beynəlxalq insan hüquqları təşkilatları və analitik mərkəzlər dinc əhaliyə qarşı edilən cinayətlərin araşdırılması üçün öz missiyalarını göndərməlidirlər;

5. Azərbaycan QHT-ləri və hüquq müdafiə təşkilatları dinc əhaliyə qarşı cinayətin araşdırılmasında aktiv fəaliyyət göstərməlidirlər”.