Azərbaycanın Pakistana ixracı yanvar-sentyabrda kəskin artıb
04.11.2020
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Pakistan ilə apardığı ticarət mübadiləsinin həcmi 9,56 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk doqquz ayında Azərbaycandan Pakistana ixracın həcmi 676,11 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 397,71 min dollar və ya 2,4 dəfə çoxdur.
İdxalın həcmi isə 8,89 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,12 mln. dollar və ya 19,2% azalıb.
Nəticədə, hesabat dövründə 8,21 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,52 mln. dollar və ya 23,5% azdır.